17 apr 06:55dunya

Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildi

Həbsxanadan kütləvi qaçış: silahlar ələ keçirildiVenesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanalardan birindən kütləvi qaçış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Notosiaz Venesuela” portalı məlumat yayıb.

Belə ki, təxminən 60 məhbusun soyuq silahlarla mühafizəçilərə hücum etdiyi deyilib.

Qarşıdurma zamanı məhbuslardan biri öldürülüb. Xəsarət alan mühafizəçilər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qaçan məhbuslar gözətçi otağına daxil olaraq oradakı silahları götürməyə müvəffəq olublar.

Hazırda ərazidə axtarış tədbirləri həyata keçirilir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev