16 apr 17:40dunya

Azərbaycanlılarla çeçenlər arasında daha bir kütləvi dava

Almaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində "Brasil" restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.

Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.

Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.

Xatırladaq ki, bundan öncə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev