14 apr 09:10dunya

İslam əleyhinə yeni təşkilat yaradıldı - Kanadada

İslam əleyhinə yeni təşkilat yaradıldı - KanadadaKanadada islam əleyhinə “3 faiz” adlı qrup yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə ”vice.com” portalı məlumat yayıb. Portal 8 aylıq araşdırmadan sonra qrupun “Müharibə dostlarıyıq, müharibə halındayıq və həyatımızın mübarizəsinin ortasındayıq” şüarı ilə hərəkət etdiyini bildirib.

Portala açıqlama verən qrup lideri Robert Vellinqin Kanada hökumətinin onları yerli terrorçu kimi gördüyünü bildirib. Qrup başçısı Kanada daxilində 16 məscidə aktiv şəkildə nəzarət etdiklərini söyləyib:

“Bu məscidlər terrorçu təhsil qrupları üçün təhsil cəbhəsidir. Məscidləri izləməyə və vəziyyəti qeydə almağa davam edəcəyik. Biz islamı və müsəlmanları sevmirik. Vaxt yetişərsə və güc işlədərək hərəkətə keçmək lazım gələrsə, bunu edərik”.

Bundan əlavə, xəbərdə qrupun Albertada 1600-dən çox üzvü olduğu və Kanada Krallıq polisinin vəziyyətdən xəbərdar olduğu qeyd edilib.

Alberta Müsəlman İctimaiyyətlə Əlaqələr Şurası isə qrupun adının rəsmi şəkildə terror təşkilatları siyahısına salınması üçün çağırış edib.

Qeyd edək ki, Kanadada islam əleyhinə yaradılan bu qrup adını 2008-ci ildə ABŞ-da Barak Obamanın prezident seçilməsindən sonra yaradılan “3 faiz” qrupundan götürüb. Qrup Toronto, Monreal başda olmaqla, Kanadanın böyük şəhərlərində hər həftə etiraz aksiyası keçirərək özünə tərəfdaş toplamağa çalışır.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev