26 mar 09:02dunya

Suriyada üç Rusiya hərbçisi həlak olub

Suriyada üç Rusiya hərbçisi həlak olubFevral ayının sonunda Suriyada terrorçularla döyüş zamanı üç Rusiya hərbçisi həlak olub. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, günorta avtomobil ilə Deyr-əz-Zorda yerləşən yaşayış məntəqələrindən birinə humanitar yardım aparmaqdan qayıdan hərbçilər yaraqlıların pusqusuna düşüblər. Nəticədə tərəflər arasında silahlı toqquşma olub. Döyüş zamanı rusiyalı hərbçilər itkin düşüblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra onların axtarışına başlanılıb. Nəticədə avtomobilə hücum edən yaraqlılar müəyyən edilib, həmçinin hərbçilərin öldüyü təsdiqlənib.

Hücumda iştirak edən 30 nəfərdən ibarət dəstə məhv edilib. Hərbçilərin cənazəsi Rusiyaya göndərilib.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev