25 mar 18:57dunya

Polis məsciddə qeyd tapdı: Zelandiya teraktı...

Polis məsciddə qeyd tapdı: Zelandiya teraktı...Kaliforniya əyalətindəki məscidlərdən birində törədilmiş yanğının Yeni Zelandiyadakı məscid teraktı ilə əlaqəsi ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri kaliforniyalı polis kapitanı Kris Lik deyib. O, yanğın baş verən məscidin avtoparkında Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən teraktla əlaqəli qeyd tapıldığını bildirib.

Polis qeyddə nə yazıldığını açıqlamayıb.

Qeyd edək ki, Kaliforniya əyalətinin San Dieqo şəhərindəki məscidlərdən birində yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmasa da, hadisə anında məsciddə 7 nəfər olub. Yanğının qəsdən törədilə biləcəyini deyən Kaliforniya polisi hələlik heç kimdən şübhələnmədiklərini açıqlayıb.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev