23 mar 20:14dunya

Pakistan və Azərbaycan qardaş dövlətlərdir - Səfir

Pakistan və Azərbaycan qardaş dövlətlərdir - SəfirPakistanın Milli Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi təşkil olunub.

Avrasiya.net xəbər verir ki, səfir Said Xan Mohmand çıxış edərək Pakistanın tarixindən, keçdiyi şərəfli yoldan söz açıb. Daha sonra ölkələrimiz arasındakı münasibətlərə toxunan diplomat deyib ki, qardaş Azərbaycanla bir çox sahələrdə - siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə əlaqələr yüksək xətlə inkişaf edir. Ölkəsinin hər zaman Azərbaycanın yanında olacağını vurğulayan səfir deyib ki, Pakistan və Azərbaycan qardaş dövlətlərdir: “Pakistan Azərbaycana hər zaman dəstək verib və verəcəkdir, bundan əlavə ölkə başçıları səviyyəsində əlaqələr çox yüksək səviyyədədir”. Sonda diplomat onu da qeyd edib ki, Pakistandan Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunur.

Səfir nitqini başa vurduqdan sonra Pakistan cəmiyyətinin üzvlərinin də iştirakı ilə Pakistanın dövlət bayrağı qaldırılıb, bayrağın əksi olan tort kəsilib.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev