22 mar 19:14dunya

Əl-Bağdadi zahiri görünüşünü dəyişdi və Suriyadan qaçmağa cəhd edir

Əl-Bağdadi zahiri görünüşünü dəyişdi və Suriyadan qaçmağa cəhd edirİŞİD terror təşkilatının başçısı Əbu Bəkr Əl-Bağdadi zahiri görünüşünü dəyişib və bir neçə dəfə Suriyadan və İraqdan qaçmağa uğursuz cəhdlər edib. Virtualaz.org “Al-Araby Al-Jadeed” qəzetinə istinadən xəbər verir ki, bunu adının çəkilməsini istəməyən mənbə bildirib.

Həmin mənbəyə əsasən, Əl-Bağdadi saqqalını qısaldıb və onu kürən edib, həmçinin İŞİD terrorçularına xas olmayan əfqan geyimində gəzir. Bundan əlavə, az hərəkətli həyat tərzi üzündən son iki il ərzində Əl-Bağdadi piylənmədən əziyyət çəkir.

Mənbə iddia edir ki, Əl-Bağdadi İŞİD-in son qalası sayılan Baquzda deyil, Suriyanın başqa hissəsində yaşayır. Lakin imicinin dəyişdirilməsi ona ölkədən çıxmağa kömək etməyib.

Mənbənin bildirdiyinə əsasən, Əl-Bağdadi “əksər hallarda adi mülki avtomobillərdə və ya taksidə hərəkət edir”.

Son illər ərzində dəfələrlə Əl-Bağdadinin öldürülməsi haqqında məlumatlar yayılıb, lakin bu məlumatlar sonradan təsdiqini tapmayıb. 2018-ci ilin avqustunda “Al-Sumaria” telekanalı İraq kəşfiyyatına istinadən xəbər yaymışdı ki, Əl-Bağdadi ağır yaralanmadan sonra yataq xəstəsinə çevrilib və faktiki olaraq qruplaşmaya rəhbərlik etmir.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev