22 mar 08:58dunya

Tramp bu torpaqları İsrailə "verdi"

Tramp bu torpaqları İsrailə "verdi"ABŞ prezidenti Donald Tramp Qolan təpələrinin İsrail ərazisi olduğunu bəyan edib.

Virtualaz.org bildirir ki, o bu barədə özünün Twitter səhifəsində yazıb.

ABŞ prezidenti qeyd edib ki, bu ərazi istər İsrailin sabitliyi, istər də bütövlükdə region üçün əhəmiyyətlidir.

“52 il sonra ABŞ-ın İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımasının vaxtı çatıb”, - deyə o vurğulayıb.

Güman olunur ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun ABŞ-a səfəri zamanı bəyan ediləcək.

Səfər gələn həftə reallaşacaq.

Bu arada Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Oleq Morozov deyib ki, onun ölkəsi heç vaxt İsrailin Qolan təpələri üzərindəki hakimiyyətini tanımayacaq.

O bildirib ki, Tramp beynəlxalq ictimaiyyəti və ərəb dünyasını ciddi şəkildə qıcıqlandırır.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev