19 mar 04:13dunya

Azərbaycanın Misirdəki Diaspor Təşkilatlarının Novruz bayramı tədbiri

Azərbaycanın Misirdəki Diaspor Təşkilatlarının Novruz bayramı tədbiri"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Novruz bayramı ilə əlaqədar tədbir keçirib.

Tədbirdə, MƏR-dəki səfirliyin əməkdaşları, diaspor fəalları, media nümayəndələri, misirli tələbələr və misirdə təhsil alan xarici tələbələr iştirak etmişdir.

Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə ilk çıxış edən birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov, qonaqları salamlayaraq, Novruz bayramının tarixindən, novruz adət ənənələrdən geniş söhbət açıb.

Sonra Azərbaycanın MƏR-dəki səfirliyin müşaviri Azər Abasov qonaqları salamlayaraq bayramlarını təbrik edib. Bu tədbirlərin Azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsi və Azərbaycanın adət-ənənələrinin təbliği yönəmində çox önəmlı olduğunu qeyd edib.

Qarabağ həqiqətləri kitabın müəllifi misirli tədqiqatçı Əhməd Əbduh Trabeki Misirlə Azərbaycan arasında ta qədimdən bu günə qədər yüksək əlaqələrin olmasından geniş söhbət açıb.

Daha sonra Azərbaycanda 8 il təhsil alaraq fəlsəfə dokturu xanım Mona Zidan Azərbaycan müsiqisini ifa edərək, milli geyimimiz və xalqımızın qonaqpərvərliyindən söhbət açıb.

Tədbirin sonunda Diaspora məkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr novruz bayramına aid şeirləri söyləyərək Azərbaycanlıları bayram münasibəti ilə təbrik ediblər.

Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxi xüsüsilə də bayram süfrəsi qonqlara təqdim olunub.
Azərbaycanın Misirdəki Diaspor Təşkilatlarının Novruz bayramı tədbiri
Azərbaycanın Misirdəki Diaspor Təşkilatlarının Novruz bayramı tədbiri
Azərbaycanın Misirdəki Diaspor Təşkilatlarının Novruz bayramı tədbiri
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev