17 mar 07:55dunya

Avstriyada möhtəşəm Novruz şənliyi keçirilib

Avstriyada möhtəşəm Novruz şənliyi keçirilibAvstriya Azərbaycanlıları Cəmiyyəti 16 mart tarixində Avstriya Respublikasının Salzburg şəhərində Diasporalara Dəstək Fondunun dəstəyi ilə möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirib.

Bu barədə Avrasiya.net-ə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov bildirib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik edib. Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdıraraq bildirib ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də Azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Tədbir iştirakçılarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin idarə heyyəti Mansurov Xalid,Almamadov Tapdıq,Əliyev İlham və Mehdi Kazım təbrik edərək qarşıdan gələn günlərinin uğurlu keçmələrini arzulayıblar.
Avstriyada möhtəşəm Novruz şənliyi keçirilib
Tədbirdə iştirak edən Almaniya Münhen Azərbaycanlıları Cəmiyyətinin sədri Kərimov Səttar vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mühüm nailiyyətlərə imza atıldı, milli mənəvi dəyərlərimizin qorunması, tədqiqi və tətbiqi istiqamətində uğurlar əldə oluub.

Sonra respublikamızın tanınmış incəsənət ustası Elbaris Həmidli və Nostalji grupunun ifa etdikləri bir birindən gözəl musiqiləri bayram şənliyinə xüsusi rəng qatıb.
Avstriyada möhtəşəm Novruz şənliyi keçirilib
Avstriyada möhtəşəm Novruz şənliyi keçirilib
Avstriyada möhtəşəm Novruz şənliyi keçirilib
loading...
XƏBƏR LENTİ