09 fev 05:54dunya

Fransada təyyarə qar topasına çırpıldı: yaralılar var

Fransada təyyarə qar topasına çırpıldı: yaralılar varFransada Kurşevel dağ-xizək kurortunda təyyarə qar topasına çırpılıb.

Trend-in məlumatına görə, insident Paris vaxtı ilə təxminən saat 11:30-də baş verib. Hadisə nəticəsində 4 nəfər yüngül xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, təyyarə eniş etdikdən sonra pilot vaxtında təyyarəni dayandıra bilməyib və uçuş-eniş zolağının sonunda qar topasına çırpılıb. Təyyarənin göyərtəsində 5 sərnişin olub.
loading...
XƏBƏR LENTİ