10 yan 11:50dunya

Milyonerin həyat yoldaşı qaçırıldı - 9 milyon avro istəyirlər

Milyonerin həyat yoldaşı qaçırıldı - 9 milyon avro istəyirlərAnne-Elisabeth Falkevik Hagen ötən il oktyabrın 31-də qaçırılıb.

Norveçli iş adamı Tom Hagenin 68 yaşlı həyat yoldaşı Anne-Elisabeth Falkevik Hagenin xərac üçün qaçırıldığı ortaya çıxıb.

Norveç polisi ötən il oktyabrın 31-də itən Anne-Elisabeth Falkevik Hagenin qaçırıldığını açıqlayıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təhlükəsizlik orqanının nümayəndələri təcavüzkarların 9 milyon avro dəyərində kripto pul vahidi olan monero istədiklərini deyib.

Təhlükəsizlik orqanları Hagenin yaşadığına, öldürüldüyünə və ya qaçırılan şəxslər tərəfindən bir yerdə saxlanılacağına dair əllərində hər hansısa bir dəlil olmadığını açıqlayıb.

Norveçli iş adamı Tom Hagen ölkənin ən varlıları cədvəlində 172-ci sırada yer alır.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02