06 dek 15:23dunya

FETÖ-nun media kapitanı Buxarestdə həbs olundu

FETÖ-nun media kapitanı Buxarestdə həbs olundu15 iyul çevriliş cəhdindən sonra Türkiyədən qaçan FETÖ-nun Rumıniya və Bolqarıstandakı media təşkilatının rəhbəri Kamil Dəmirqaya Buxarest polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən informasiya yayıb.

Dəmirqayanın Türkiyəyə ekstradisiyası ilə bağlı diplomatik təşəbbüslərin sabahdan etibarən başladılacağı bildirilib.

Rumıniyada artıq ekstradisiya prosesinin əleyhinə çıxışlar da başlayıb. Belə ki, FETÖ-nün maliyyə dəstəyi verdiyi millət vəkili Kristian Preda Ədliyyə Nazirliyinə müraciət edərək ekstradisiya prosesinin dayandırılmasını tələb edib.
loading...
XƏBƏR LENTİ