05 dek 09:47dunya

Makron mənimlə razılaşdı – “Sevindim”

Makron mənimlə razılaşdı – “Sevindim”“İstəyirəm bütün dünyada təmiz hava və təmiz su olsun"

“Fransa prezidenti, dostum Emmanuel Makronun və Parisdə nümayiş edən etirazçıların iki il əvvəl gəldiyim nəticə ilə razılaşmaqlarına sevindim. Paris Konvensiyası dəhşətli hal almağa başlayıb”.

AzNews.az Türkiyə mediasına xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb.

“İstəyirəm bütün dünyada təmiz hava və təmiz su olsun. ABŞ-ın ətraf mühitinin yaxşılaşdırılması da bizim prioritetlərimizdən biridir”. Tramp belə deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən başlayan etirazlar son illərin ən şiddətli nümayişlərindən birinə çevrilib. Etirazçılar Makrondan vergiləri endirməsini və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb edib.

Qeyd edək ki, Tramp 2017-ci ilin iyun ayında verdiyi açıqlamasında iqlim dəyişikliyi ilə mübarizə aparan Paris Konvensiyasından ABŞ-ın çıxdığını deyib.
loading...
XƏBƏR LENTİ