21 noy 09:48dunya

“Washington Post”dan Trampa ağır sözlər - "Səudilərin susmaq üçün verdiyi pul...”

“Washington Post”dan Trampa ağır sözlər - "Səudilərin susmaq üçün verdiyi pul...”Trampın açıqlaması ABŞ mətbuatında Səudiyyə Ərəbistanına dəstəyin davam etdirilməsi kimi qəbul olunub

“Washington Post” qəzetinin yazarları Trampın Qaşıqçı cinayəti ilə bağlı verdiyi açıqlamaya sərt reaksiya verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Trampın açıqlaması ABŞ mətbuatında Səudiyyə Ərəbistanına dəstəyin davam etdirilməsi kimi qəbul olunub.

Bundan sonra “Washington Post” qəzetinin yazarı və baş icraçı direktoru Fred Ryan ilə qəzetin beynəlxalq görüş səhifəsinin redaktoru Karen Attiah Donald Trampın Qaşıqçı cinayəti ilə bağlı verdiyi açıqlamaya sərt reaksiya verib:

“Trampın Qaşıqçı cinayətinə münasibəti, uzun müddətdir olan insan haqlarına xəyanətdir. Əgər MKİ-nin tapdıqlarının əksini sübut edə biləcək dəlilləri varsa, bunu ictimaiyyətlə paylaşmalıdır”.

Qəzet konqresə hərəkətə keçmək üçün çağırış edib:

“Tramp idarəetmədə uğursuz oldu. İndi bütün iş konqresin üzərinə düşür. Əgər bunları etməsək, Qaşıqçının öldürülməsi, Amerikanın əxlaqi vicdanı üzərində nə zamanın, nə də Səudilərin susmaq üçün verdiyi pulun silə bilməyəcəyi qan ləkəsi kimi qalacaq”.
loading...
XƏBƏR LENTİ