19 noy 10:56dunya

Türk qızı DÜNYA GÖZƏLİ seçildi - FOTO

Türk qızı DÜNYA GÖZƏLİ seçildi - FOTO “Miss Türkiyə 2017” müsabiqəsində ikinci seçilən izmirli model Pınar Tartan “Dünya modellər kraliçası” yarışmasında birinci olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Çinin Şenzhen şəhərində 70 ölkənin iştirak etdiyi 30-cu “Dünya manikenlər kraliçası” yarışması keçirilib. Türkiyəli model müsabiqənin finalçısı olaraq gözəllik tacını başına taxıb.

Yarışmada Konqo gözəli ikinci, Uruqvay gözəli üçüncü, Polşa gözəli 4-cü, Çin gözəli isə 5-ci olub.

Qeyd edək ki, Yaşar Universitetinin Hüquq Fakültəsinin ikinci kursunda oxuyan Pınar Tartan ingilis dilini mükəmməl bilir və pianono çalır.
loading...
XƏBƏR LENTİ