18 noy 20:27dunya

Çemodanlarda diplomatik yük-doğranmış jurnalist cəsədi

Çemodanlarda diplomatik yük-doğranmış jurnalist cəsədiTürkiyənin müdafiə naziri Hülusi Akar bildirib ki, Xaşogi cinayətinin törədilməsində ittiham edilən 15 nəfər Türkiyəni qətldən bir neçə saat sonra tərk ediblər.

Virtualaz.org “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Akarın fikrincə, jurnalistin cəsədini ölkədən çıxara bilərdilər. Cəsədin hissələri diplomatik toxunulmazlıqdan istifadə etməklə çamadanlarla aparıla bilərdi.

“Ola bilsin ki, onlar Xaşoginin doğranmış cəsədi çamadanlarla, diplomatik toxunulmazlıqdan istifadə edərək, problem yaşanmadan ölkədən çıxarılıb”, - nazir qeyd edib.

Xatırladaq ki, səudiyyəli jurnalist Camal Xaşogi oktyabrın 2-də Səıudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilib.

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ prezidenti Donald Tramopın sözlərinə görə, noyabrın 20-də Amerika Birləşmiş Ştatları Xaşoginin qətli ilə bağlı geniş məruzə açıqlayacaq və burada qətlin icraçısının kim olduğu elan ediləcək.
loading...
XƏBƏR LENTİ