11 noy 09:33dunya

Zamirə Hacıyeva ifadə verdi: Hamısı ərimindir

Zamirə Hacıyeva ifadə verdi: Hamısı ərimindirBeynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva Böyük Britaniya Ali Məhkəməsində ifadə verib.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb. Zamirə Hacıyeva bildirib ki, əri Cahangir Hacıyev 2009-cu ildə kifayət qədər varlı şəxs olub:

“1997-ci ildə biz evlənəndə o, çox təmin olunmuş şəxs idi. Cahangir Hacıyev kapitalını 1990-cı illərdən toplamağa başlayıb. Daşınmaz əmlak alqısına gəldikdə isə, bu ərimlə bağlıdır. Mən heç vaxt ailəmiz üçün alınan mülklərlə bağlı heç bir məlumata malik olmamışam”.

Müşahidəçilərin fikrincə, Zamirə Hacıyeva bu ifadə ilə məhkəmə çəkişməsindən yaxa qurtarmaq və Azərbaycana ekstradisiya edilməsini əngəlləmək istəyir.

Xatırladaq ki, Z.Hacıyeva barəsində Bakıda cinayət işi açılıb və onun Azərbaycana ekstradisiyasi 2019-cu ilin iyununa qədər həll edilməlidir.
loading...
XƏBƏR LENTİ