11 noy 09:32dunya

Yüzlərlə hindli özünü inəyə əzdirdi - Video

Yüzlərlə hindli özünü inəyə əzdirdi - VideoHindistanda inəklərin müqəddəs heyvan olduğu məlumdur. Bu heyvanın şərəfinə bayramlar təşkil olunur, qurbanlar kəsilir. Hindistanda bəzi əyalətlər var ki, orada inəklərə büt kimi sitayiş olunur.

Musavat.com Hindistanın Ucayın şəhərində hər il, noyabr ayında inəklərin şərəfinə qeyd olunan festivaldan görüntüləri təqdim edir.

Minlərlə insan müqəddəs "Qovardana puja" adlandırdığı festivalda bir araya gəldi. Sonra bir- birindən rəngarəng bəzədilən 400 iribuynuzlu heyvanların keçidi başladı.

Sözügedən festivalın qaydalarına görə insanlar yerdə uzanır və inəklər onların üzərindən keçməyə başlayır. Ağır yaralanmalar hətta ölümlərə baxmayaraq, illərdir ki, bu festival sevərək keçirilir.

Hindlilər bu əsrlik adətin bərəkət-bolluq gətirdiyinə inanırlar.
loading...
XƏBƏR LENTİ