07 noy 18:24dunya

Daha bir səudiyyəli jurnalist öldürüldü

Daha bir səudiyyəli jurnalist öldürüldüJurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanda işgəncə ilə öldürülüb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "New Khaleej" hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

Bildirilib ki, jurnalist Camal Kaşıkçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib.

Əl-Casser 2017-ci ilin martında "Twitter" hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən "Twitter"in Dubaydakı ofisində yaxalanmışdı.
loading...
XƏBƏR LENTİ