19 okt 21:13dunya

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...

Cəlladlar dərhal jurnalistin üstünə şığıyıb, cəmi 15 dəqiqəyə parçalayıb...“Əl-Cəzirə” telekanalı adının açıqlanmasını istəməyən türkiyəli rəsmilərə istinadən müxalif səudiyyəli jurnalist, “The Washington Post” qəzetinin köşə yazarı Camal Xaşoginin (yaxud Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda necə öldürüldüyünə dair yeni təfərrüatları açıqlayıb. Virtualaz.org xəbər verir ki, telekanal jurnalistin konsulluğa girən kimi dərhal səudiyyəli cəlladların hücumuna məruz qaldığını bildirir.

“Xaşogi içəri girən kimi səudiyyəli cəlladlar jurnalistin üstünə şığıyıb və onu zorla binanın yuxarı mərtəbəsinə aparıblar. Xaşogi konsul Muhammet əl-Üteybinin otağına aparılıb və orada onu heç bir sorğu-sual etmədən birbaşa öldürüblər”-türkiyəli rəsmi belə deyib.

Telekanal bildirir ki, jurnalisti öldürmək üçün konsulun otağında hər şey əvvəlcədən hazırlanmışdı. “Türkiyəli səlahiyyətlilər Xaşoginin harada öldürüldüyünü bildiklərini deyir. Onun cəsədini səudiyyəli patoloji anatomoya mütəxəssisi parçalayıb”-xəbərdə deyilir.
loading...
XƏBƏR LENTİ