19 okt 16:16dunya

Polis atışma zamanı iki nəfəri öldürdü

Polis atışma zamanı iki nəfəri öldürdüHadisənin təfərrüatları barədə məlumat verilmir.

Almaniyanın qərbində yerləşən Reynland-Pfals federal torpağındakı Kirxxaym-an-der-Vaynştrasse şəhərində polislə atışma nəticəsində iki nəfər ölüb.

TASS informasiya agentliyi xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, əməliyyat zamanı polis odlu silahdan atəş açmaq məcburiyyətində qalıb.

“Polis yerli vaxtla saat 8:30-da Kirxxaym-an-der-Vaynştrasse şəhərində yaranan təhlükəli vəziyyətlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı odlu silahdan istifadə edilib. İnsident nəticəsində iki nəfər həlak olub, iki polis əməkdaşı isə yaralanıb”, - deyə məlumatda bildirilir.

Hazırda əhali üçün heç bir təhlükə yoxdur. Hadisənin təfərrüatları barədə məlumat verilmir. (AZƏRTAC)
loading...
XƏBƏR LENTİ