19 okt 07:16dunya

Xanım jurnalisti öldürüb, təcavüz edən ekstradisiya edildi

Xanım jurnalisti öldürüb, təcavüz edən ekstradisiya edildiAlmaniya bolqarıstanlı jurnalist, tanınmış televiziya aparıcısı Viktoriya Marinovanın qətlində şübhəli bilinən Severin Krasimirovu bu ölkəyə ekstradisiya edib.

Axar.az xəbər verir ki, onu gətirən təyyarə Sofiya aeroportuna enib. Təhlükəsizlik qüvvələri aeroportda gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

Ruse şəhərinə gətiriləcək S.Krasimirov təcavüz və qətldə ittiham olunur və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tədqiqatçı jurnalist Ruse şəhərindəki parkda qətlə yetirilmişdi.
loading...
XƏBƏR LENTİ