18 okt 08:12dunya

“The Washington Post”da Camal Qaşıqçının son məqaləsi dərc edildi

“The Washington Post”da Camal Qaşıqçının son məqaləsi dərc edildi"The Washington Post" Camal Qaşıqçının son məqaləsini dərc edib.

"The Washington Post" qəzeti jurnalist Camal Qaşıqçının İstanbulda itkin düşməsindən az əvvəl yazıb başa çatdırdığı məqaləsini dərc edib.

Jurnalist məqaləsində ərəb dünyasında KİV-in azadlığının aşağı səviyyədə olmasından və xəbərlərin işıqlandırılmasına dövlət təsirini gücləndirilməsindən bəhs edib.

Qaşıqçı həmçinin qeyd edib ki, bir çox ərəb jurnalistləri həmkarlarının çoxsaylı həbsləri barədə susmağa üstünlük verirlər.

"Əl-Masry əl Yorum" qəzetinin bütün tirajının Misir hökuməti tərəfindən ələ keçirilməsi həmkarlar tərəfindən nə qəzəb, nə reaksiya doğurdu", - deyə Qaşıqçı vurğulayıb.

Daha əvvəl KİV bildirib ki, Türkiyənin hüquq-mühafizə orqanları Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda öldürülməsinə dair dəlillər aşkarlayıb.

"The Washington Post" qəzetinin icmalçısı Camal Qaşıqçı oktyabrın 2-də İstanbulda itkin düşüb.(report.az)
loading...
XƏBƏR LENTİ