16 okt 07:11dunya

"Vətənpərvər"lərin xanımları "Mənim gecəm" proqramının qonağı olublar

"Vətənpərvər"lərin xanımları "Mənim gecəm" proqramının qonağı olublar "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin fəal xanımları, İnarə Osmanova, Səbinə Səmədova və Sandi Səlim Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalında, canlı yayımda "Mənim gecəm" proqramının qonağı olublar.

Canlı yayımlanan verlişin əsas mövzusu "Azərbaycan qadını keçmişdən bu günə qədər" olub. Verliş əsnasında xanımlarımız milli mətbəximizin, nişan və toy adətlərinin azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutduğunu vurğulayıblar. Həmçinin Xanımlar verlişdə Azərbaycan milli geyimlərini nümayiş etdirərək və onun haqqında geniş söhbət açmışlar. Diaspora fəalları Azərbaycanın xalq mahnısı Sarı Gəlini də ifa ediblər. Verlişdə, Azərbaycanda qadınların təhsilə nə qədər böyük maraq göstərdiklərini də qeyd ediblər. Diaspora fəalları Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrdən də söhbət açıblar. Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Verliş 40 qəqiqədən çox davam edib.
loading...
XƏBƏR LENTİ