16 okt 07:07dunya

2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"

2 yaşlı uşağı zorlayıb öldürən kişiyə edam cəzası: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?"2 yaşında uşağı zorlayıb, daha sonra öldürən Mustafa Qəmər məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.

Avrasiya.net avropa.info-ya istinadən xəbər verir ki, hadisə İraqda baş verib.

Bağdad məhkəməsi 2 yaşındakı uşağı zorlayıb, qətlə yetirən Mustafa Qəmər barəsində ölüm hökmü çıxarıb.


Məhkəmə hökmü çıxarılan prosesdə İraqın daxili işlər naziri Qasım Əl-Araci də iştirak edib.

Məhkəmə hökmündən sonra qatillə qısa söhbət edən nazir ona bu sözləri deyib: "Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?!”

Edam cəzası Bağdadın mərkəzi küçələrindən birində xalqın qarşısında həyata keçiriləcək.

Qeyd edək ki, bu, 2003-cü ildən sonra ilk edam cəzası olacaq.
loading...
XƏBƏR LENTİ