15 okt 07:26dunya

Rəsmi Ər-Riyaddan Trampın hədəsinə kəskin cavab:"Səudiyyə Ərəbistanı boyun əyməyəcək"

Rəsmi Ər-Riyaddan Trampın hədəsinə kəskin cavab:"Səudiyyə Ərəbistanı boyun əyməyəcək"Oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra aqibəti naməlum olan jurnalist Camal Xaşuqçi ilə bağlı Səudiyyə Ərəbistanını hədələyən ABŞ prezidenti Trampa rəsmi Ər-Riyaddan sərt cavab gəlib.

Strateq.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistan Krallığı ölkənin rəsmi dövlət agentliyi olan SPA-da bəyanat yayıblar.

Rəsmi Ər-Riyad Trampın “Əgər Xaşuqçinin öldürüldüyü müəyyən olunarsa, Səudiyyə Ərəbistanının sərt cəzası olacaq” bəyanatına cavab olaraq bəyan edib ki, hər hansı siyasi və iqtisadi hücuma boyun əyilməyəcək. Əksinə, hər hansı bir addıma artıqlaması ilə cavab veriləcək:

“Hər hansı bir sanksiya addımına Səudiyyə Ərəbistanının artıqlaması ilə cavab verəcəyini hamının bilməsini istəyirik. Hər kəs bilsin ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatı dünya iqtisadiyyatı üçün həyati və böyük təsirləyici gücə sahibdir. Səudiyyə Ərəbistanı bütün təhdidləri rədd edir və iqtisadi sanksiya, siyasi basqı və ya təkrar əsassız ittihamlara boyun əyməyəcək”.
loading...
XƏBƏR LENTİ