14 okt 10:14dunya

Rusiya mediası: Branson bəhanə idi...

Rusiya mediası: Branson bəhanə idi...Rusiyanın “Kommersant” qəzeti keşiş Endryu Bransonun azadlığa buraxılmasını “təmizə çıxarılmaq” adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə qəzetin əməkdaşı Dina Marqanovanın yazısında qeyd olunub.

“Məhkəmənin keşiş Bransonu təmizə çıxartdığını deyə bilərik. Çünki prokurorluğun tələb etdiyi 35 il yerinə 3 il 1 ay 15 gün həbs cəzası verilib. Üstəlik, məhkəmə Bransonun həbsxanada keçiridiyi müddəti də nəzərə alaraq, onu azadlığa buraxdı və xaricə çıxış qadağasını götürdü. Beləliklə keşiş Branson məmləkəti ABŞ-a geri qayıda bildi”, - məqalədə bildirilib.

Sözügedən xəbərə şərh verən rusiyalı politoloq Aleksey Obraztsov Bransonun azadlığa buraxılmasının iki ölkə arasındakı münasibətlərdə dəyişikliyə səbəb olmayacağını bildirib:

“Keşiş bəhanə idi. Onu beynəlxalq münasibətlərin gələcəyinə təsir edən simvol halına gətiriblər. Əslində isə Branson elə biri ola bilməz”.

Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə Branson məsələsi ilə bağlı tamamilə müstəqil olduğunu və öz siyasətini yeridə biləcəyini göstərməyə çalışdı.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36