12 okt 20:43dunya

London rus diplomatları ölkəyə buraxmır

London rus diplomatları ölkəyə buraxmırBritaniya rusiyalı diplomatlara viza verməkdən imtina edir.

Bunu Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko deyib.

“Hələlik Britaniya hökuməti tərəfindən qeyri-konstruktiv mövqe görürük. Bu mövqe üzündən səfirliyimizin fəaliyyəti çətinləşib”, - deyə o vurğulayıb.

Diplomat bildirib ki, hazırda səfirlikdə 10-dək əməkdaş qalıb. O hesab edir ki, bu cür durumun yaranması Britaniya hökumətinin məqsədyönlü siyasətinin nəticəsidir.

Qeyd edək ki, mart ayında Britaniya hökumətinin tələbi ilə rusiyalı diplomatların bir hissəsi ölkədən çıxarılıb.(oxu.az)
loading...
XƏBƏR LENTİ