12 okt 11:38dunya

Vəliəhd Qaşıqçını necə aldatmaq istəyib? – Gizli plan

Vəliəhd Qaşıqçını necə aldatmaq istəyib? – Gizli planSəudiyyə vəliəhdi Məhəmməd bin Salmanın Camal Qaşıqçını qaçırtmaqla bağlı 4 ay əvvələ aid planları ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri yazıb.

Vəliəhdin planı MKİ-nin həyata keçirdiyi telefon dinləmələrindən sonra məlum olub. Plan barədə xəbərdar olan ABŞ kəşfiyyatının Qaşıqçıya xəbərdarlıq edib-etmədiyini məlum deyil.

Məlumata görə, vəliəhd 4 ay əvvəl Camal Qaşıqçını ölkəyə gətirərək həbs etdirməyə çalışıb. Vəliəhd Virciniya ştatında olan Qaşıqçıya ölkəyə qayıdacağı halda təhlükəsizliyinin təminatı və yüksək vəzifə sözü verib. Lakin təcrübəli jurnalist rəhbərliyin verdiyi vədlərə aldanmayıb və ölkəsinə getməkdən imtina edibmiş.
loading...
XƏBƏR LENTİ