12 okt 07:12dunya

Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb

Diaspor sədri Misir parlamentinin komitə sədri ilə görüşüb“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov, Misir Parlamentinin Din və Vəqflər komitəsinin sədri, həmçinin Misir Azərbaycan Dostluq komissiyasının sədri Cənab Usəmə əl-Əbdlə görüşüb.

Diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib.

Cənab Usəmə əl-Əbd sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib. Xüsusən, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əskərov və Azərbaycan Misir parlamentlər arası dostluq qrupunun sədri Gövhər xanım Baxşəliyeva ilə keçirdiyi görüşlərin əhəmiyyətindən geniş söhbət açmışdır. Bu cür görüşlərin xalqlarımız arasında dostluq əlaqələrini daha da inkişaf etdirdiyini bildirmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gündən günə inkişaf etdiyinin şahidi olduğunu da qeyd etmişdir. O, 2017– ci ilin dekabr ayında Cənab Prezident İlham Əliyevlə görüşündən də geniş söhbət açmışdır. Cənab əl-Əbd bundan sonra Misirə Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün əzmlə çalışacağını da qeyd etmişdir. Azərbaycan xalqının çox qonaqpərvər olduğunu bildirən komitə sədri, 25-26 oktiyabr tarixində, Bakıda keçiriləcək "Beynəlxalq Humanitar Forumda iştirak edəcəyini də qeyd etmişdir.

S.Nəsirov görüşdə Azərbaycan həqiqətlərindən danışarkən, Xocalı da törədilən soyqırımından geniş söhbət açmışdır. Xocalı soyqırımının dünyanın bir çox ölkələrində qəbul olduğunu diqqətə çatdırmışdır.
loading...
XƏBƏR LENTİ