11 okt 10:40dunya

İsrail hərbçiləri Kiyevdə: Ukrayna S-300-lərin sirrini verdi

İsrail hərbçiləri Kiyevdə: Ukrayna S-300-lərin sirrini verdiABŞ və İsrailin birgə nümayəndə heyəti məxfi şəkildə Ukraynanı ziyarət edib.

Axar.az xəbər verir ki, nümayəndə heyəti Ukraynada bir sıra vacib silah növləri, o cümlədən S-300 zenit raket kompleksi ilə yaxından tanış olublar.

“Soha Nyus” portalı Ukrayna mütəxəssislərinin nümayəndə heyətini S-300-ün xarakteristikası ilə tanış etdiyini yazıb. Ukraynalılar həmçinin özlərinin tabeliyində olan S-300-lərin xarakteristikasının Moskvanın Suriyaya verdiklərindən fərqlənmədiyinə nümayəndə heyətini inandıra biliblər.
loading...
XƏBƏR LENTİ