10 okt 22:17dunya

Zorlanaraq öldürülən jurnalistin qatili ələ keçdi

Zorlanaraq öldürülən jurnalistin qatili ələ keçdiZorlanaraq öldürülən jurnalistin qatili tapılıb.

Oktyabrın 6-da Bolqarıstanda zorlandıqdan sonra öldürülən jurnalist Viktoriya Marinovanın qatili tapılıb.

21 yaşlı cinayətkar Severin Krasimirov Almaniyada yaxalanıb. Bolqarıstanın baş naziri Boyko Borisov, baş prokuror Sotir Tsatsarov və daxili işlər naziri Mladen Marinov ortaq mətbuat konfransında bu barədə açıqlama veriblər.

Viktoriya Tuna çayı sahillərində səhər yürüşü zamanı keçmiş boksçu Severinlə qarşılaşıb. Sərxoş olan Severin əvvəlcə Viktoriyaya təcavüz edib, daha sonra isə onu yumruqlayaraq öldürüb. Tibbi ekspertiza və analizlərdən sonra qatilin Severin olduğu təsdiqlənib. O, Almaniyada ifadəsi alındıqdan sonra Bolqarıstana aparılacaq. Krasimirovun 20 ilədək həbsi gözlənilir.(qafqazinfo.az)
loading...
XƏBƏR LENTİ