10 okt 19:52dunya

Sevinc Osmanqızı Qurban Məmmədovun kanalını bağlatdı - hüquqşünas vaxt verdi

Sevinc Osmanqızı Qurban Məmmədovun kanalını bağlatdı - hüquqşünas vaxt verdiQurban Məmmədov: "Canlı yayımda olmasam, özünüzdən küsün"

İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun rəhbəri olduğu "Azerifreedom" internet kanalının canlı yayımı dayandırılıb. Kanalın yayımı Amerikada yaşayan jurnalist Sevinc Osmanqızının şikayəti əsasında durdurulub.

Bu barədə Q.Məmmədov öz facebook profilində status paylaşıb. Hüquqşünas S.Osmanqızına şikayətini geri götürmək üçün üç saat vaxt verib: "Əziz həmvətənlər, Sevinc Osmanqızının şikayəti əsasında "Azerifreedom" kanalının canlı yayımı durdurulub. S.Osmanqızına aşağıdakı məzmunda məktub yazdım:

Sizlərdən xahiş edirəm, bu statusumu paylaşın. Xalq demokratiyadan, söz-mətbuat azadlığından dəm vuranların kimliyini görsün. Mənim haqqımda qarayaxma kampaniyasında iştirak edən S.Osmanqızının bu hərəkətinə sizlərdən münasibət gözləyirəm. "Azerifreedom" kanalını yalnız siz xilas edə bilərsiniz. İstəyirsinizsə.

Mən sizi şikayət etmədim, halbuki edə bilərdim və hələ də edə bilərəm. Məndən izinsiz şəklimi və səs yazımı, həm də natamam versiyada efirinizdə səsləndirmisiniz. Mən də sizin bu hərəkətinizə uyğun cavab vermişəm və mənim şəxsimə yönəlmiş bu jurnalistika əxlaqına uymayan davranışınıza cavab vermişəm.

Kanala etdiyiniz şikayəti geri götürməyiniz üçün sizə 3 saat vaxt verirəm. Əgər bu gün canlı yayımı bərpa etməsələr və mən canlı yayımda olmasam, özünüzdən küsün".

musavat.com
loading...
XƏBƏR LENTİ