05 okt 07:58dunya

Diaspora sədri Misir parlament sədrinin birinci müavini ilə görüşüb

Diaspora sədri Misir parlament sədrinin birinci müavini ilə görüşüb“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov, Misir parlament sədrinin birinci müavini Seyyid Şəriflə görüşüb.

Diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib.

S.Nəsirov görüşdə Azərrbaycan həqiqətlərindən danışarkən, Xocalı da törədilən soyqırımından geniş söhbət açmışdır. Xocalı soyqırımının dünyanın bir çox ölkələrində qəbul olduğunu diqqətə çatdırıb.

Misir Parlament sədrinin birinci müaveni Seyyid Şərif, sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib. O, cənab prezident İlham Əliyevlə olan görüşdən geniş söbət açaraq, onun salamlarını Misir prezidenti cənab Əbdulfəttah Sisiyə çatdırdığını bildirib. O, Azərbaycan xalqının qonaqpərvərliyi, Bakının gözəlliyi haqqında, Misirdə yüksək vəzivəli şəxslərə və dostları ilə geyiş söhbət açdığını qeyd edib.

S. Nəsirov ölkələrimiz arasında turizmin və ticari əlaqələrin inkişafı üçün viza alınmasının daha da sadələşdirilməsinin zəruriliyindən də şohbət açmışdır.
Seyyid Şərif Azərbaycandan qayıtdıqdan sonra, Azərbaycanla Misir arasında ticari əlaqələrin inkişafı ilə bağlı bir sıra görüşlər keçirdiyini qeyd edərək, viza alınmasının daha da sadələşdirilməsində yaxın günlərdə Misir tərəfindən ciddi addımlar atılacağını bildirmişdir.

O, 25-26 oktiyabırda Bakıda keçiriləcək beynəlxalq formda məmnuniyyətlə iştirak edəcəyini də qeyd etmişdir.

Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı Parlament sədrinin birici müaveninə hədiyyə edib.
Qeyd edək ki, diaspora sədri S.Nəsirov hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir
loading...
XƏBƏR LENTİ