14 sen 12:34dunya

19 yaşında zorlanan müğənni o ANDAN DANIŞDI: “Əjdahaya dönmüşdü”

19 yaşında zorlanan müğənni o ANDAN DANIŞDI: “Əjdahaya dönmüşdü” Ledi Qaqa 19 yaşında zorlanması haqqında danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz Amerikanın “Vogue” jurnalının oktyabr nömrəsinin üz qabığına çəkilib. O, jurnala verdiyi müsahibədə 19 yaşında uğradığı təcavüzlə bağlı danışıb:

"Kimsə bilmirdi. Ağlımdan o anı silməyə çalışdım. İllər sonra ortaya çıxanda, böyük və çirkin bir əjdahaya dönmüşdü. Sağalmağım üçün həqiqətlə üzləşmək lazım idi".

Bu hadisədən sonra fibromialgiya xəstəliyinə yaxalandığını açıqlayan Ledi Qaqa əhvalının da tez-tez dəyişdiyini söyləyib:

"Eynilə tam təpədən aşağı sürətlə enməyi gözləyən lunapark atraksionu kimiyəm. Nəfəs almaqda çətinlik çəkirəm və bədənim sıxılır. Ağlamağa başlayıram. Məncə, hər bir travmanın bir beyni var və etdiyiniz hər şeyə müdaxilə edir".
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52