12 sen 10:18dunya

Səfir diaspor sədrimizə təşəkkür edib

Səfir diaspor sədrimizə təşəkkür edib“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov, Misirdə Malaziya dövlətinin səfiri cənab Muhəmməd Həniflə görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrindən söhbət açan S.Nəsirov, Misirdə yaşayan Malazya diasporu ilə müştərək tədbirlər keçirərək ölkələrimizi layiqincə təmsil etməyə hazır olduğunu qeyd etmişdir. Malazya səfiri ölkələrimiz arasında dostluq münasibətindən söhbət açaraq, hər zaman Azərbaycanın Misirdəki diasporası ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd etmişdir. Səfir Diaspora sədrinə, Misirdə təhsil alan malazyalı tələbələrə verdiyi dəstəkdən ötrü təşəkkürünü bildirərək mükafatlandırmışdır. Görüşdən sonra səfirin dəvəti ilə Misirdə Seymur Nəsirovun rəhbərliyi altında təhsil alan bir qrup tələbələrin ərəb hüsnü xətti ilə yazdıqları lövhələrin sərgisində də iştirak etmişlər. Sərgidə nümayiş etdirilən sənət əsərləri səfirin çox xoşuna gəlmişdir.

Bu sənəti Diaspora mərkəzimizdə öyrənmək üçün S.Nəsirovdan ona və ailəsinə imkan yaradılmasını xahiş etmişdir.

Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250 dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunmuşdur. Qahirə Universitetində Azərbaycan dilini tədris edir. Rəhbərlik etdiyi tələbələr arasında malazyalı tələbələr də mövcüddür.
loading...
XƏBƏR LENTİ