05 iyl 13:34dunya

Qəzzafinin generalı MOSSAD-la gizli görüşlərə başladı

Qəzzafinin generalı MOSSAD-la gizli görüşlərə başladıLiviya generalı Xəlifə Xaftar bir neçə gün əvvəl İordaniyanın paytaxtı Əmmanda İsrail kəşfiyyatının nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Arabi Əl Cədid” qəzeti yayıb.

“Xaftar fransızların və italyanların bölgəni nəzarət altına almasını istəmir. Buna görə də İsrailin təhlükəsizlik qüvvələrinin Liviyanın cənubunda varlığını gücləndirməyə çalışır”, – deyə qəzetin mənbəsi bildirib.

Xaftar Təl-Əvivə İsrail qüvvələri üçün Liviyanın Sabha adlanan bölgəsində xüsusi təhlükəsizlik mərkəzləri yaradacağı sözünü verib. Maraqlı məqam isə Xaftarın İsraillə müxtəlif kanallar üzərindən əlaqələr qurması olub. Belə ki, liviyalı general bunun üçün təhlükəsizlik məsələləri üzrə mütəxəssis Ari Ben Manaxi və İsrailin Likud Partiyasının Liviya əsilli üzvü Oren Hazanın yardımından yararlanıb.

Qeyd edək ki, hazırda Liviyada iki hökumət hökmranlıq edir. Bunlardan birinin mərkəzi Tripolidə yerləşir və ona Faiz Sarac rəhbərlik edir. Ölkənin şərqinda olan hökumətə isə feldmarşal Xaftar rəhbərlik edir və onu Liviya ordusu dəstəkləyir.

Xaftar əsasən Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Rusiya kimi dövlətlər tərəfindən dəstəklənir. Bir zamanlar ABŞ-la yaxın əlaqələr qurmağa çalışan Xaftar indiyə qədər Vaşinqtonun diqqətini çəkə bilməyib.
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10