02 iyl 12:24dunya

Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi

Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdiSəməd Vəkilov

Alim öldü, aləm öldü deyib Peyğəmbər əfəndimiz. Türk dünyasının nəhəng elm adamlarından olan türk islam tarixi araşdırmaçılarının elmin çinarı adlandırdıqları Fuad Sezgin dünyasını dəyişib.

F.Sezgin kimdir?
Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi
Fuad Sezgin: “Mən hər kəsin etməli olduğunu etdim, məndən öncəki alimlərin uğurlarını minnətdarlıq duyğusu ilə qarşıladım, yanlışlarını isə qabartmadan düzəltməyə çalışdım. Həqiqət hesab etiklərimi isə gələcək nəsillərə çatdırmaqla əmanət etdim!”

İslam Elmlər tarixi sahəsində dünyada nüfuz sahibi olan ustad Professor Fuad Sezgin süryani, ibrani, latin, ərəb, alman dilləri daxil olmaqla 27 dili yüksək səviyyədə mənimsəmişdir.

Fuad Sezgin, 24 yanvar 1924 tarixdə Türkiyənin Bitlis bölgəsində dünyaya gəlmişdir.

1943-51 illərdə İstanbul Üniversitetində Ədəbiyyat Fakultəsi Şəriət İnstutunda "İslami Elmlər və Oryentalizm" sahəsində Alman oryentalisti professor HellmutRitterin tələbəsi olmuşdur.

H.Riterrin elmlərin təməlini "İslam Elmləri” olduğunu söyləməklə Fuad Sezgində bu sahəyə maraq yaratmışdır. Beləliklə F.Sezgin, 1951-ci ildə İstanbul Üniversiteti Ədəbiyyat Fakultəsini bitirdikdən sonra 1954-ci ildə Ərəb dili və Ədəbiyyat Bölümndə “Buxarinin Kaynaqları” adlı doktorluq işini müdafiə edərək dosent elmi dərəcəsi almışdır. Bu mövzu ilə hədis qaynağı olaraq İslam mədəniyyətində mühüm mənbə sayılan Buxarinin şifahi mənbələrə deyil, yazılı mənbələrə əsaslandığı fikirini irəli sürmüşdür. Bu yazılı mənbələrin İslamın erkən dövrünə hətta 7-ci əsrə dayandığını ortaya qoydu. Sözügedən mövzu Avropa şərqşünaslıq mərkəzlərində hələ də müzakirə edilməkdədir.

Fuat Sezgin, 1960-cı il hərbi çevrilişindən sonra "Zərərli Professor " kimi İstanbul Universitetindən çıxarılmışdır. 1961-ci il tarixində 36 yaşındakən vətənini tərk etmək məcburiyyətində qalmışdır.

1960–61-ci illərdə Almanyaya gedərkən yalnız paltarlarını və bir qrup sənədlərini apara bilmişdir. Bir müddət Frankfurt Üniversitində əcnəbi dosent kimi dərs demişdir. 1966-cı ildə professor dərəcəsi almışdır. Elmi araşdırmalarının əsasını "Ərəb-İslam Mədəniyyəti “ və təbii elmlər tarixi təşkil edir.

1978-ci ildə "Kral Faysal" mükafatı almışdır. Bu mukafatı aldıqdan sonra ərəb dünyasında dövlət adamlarının F.Sezginə marağı artmış və alim İslam mədəniyyəti və elm tarixinin araşdırmaları ilə bağlı ərəb dövlətləri tərəfindən böyük layihələrə dəstək aldı. Bundan sonra 1982-ci ildə J.V. Hoethe Üniversitetində Ərəb-İslam Elmləri Tarixi İnstitunu və 1983-cü ildə həmin universitetdə muzey qurmağa nail olmuş və bu qrumun rəhbəri təyin olunmuşdur.

Sözügedən muzeydə müsəlman bilginleri tərəfindən düzəldilmiş alətlərin və elmi araç ve gereçlerin, yazılı mənbələrə söykəndiyini göstərməkdədir.

İstanbul Gülhanə Parkı içindəki Has Ahırlar Binasında, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən açılan "İslam Elm və Texnoloji Tarix Muzeyi” Türk insanı onu daha yaxından tanımaq imkanı oldu. Müsəlman elm adamlarının görüşləri bu an Gülhanə Parkındakı "İslam Elmi və Texnoloji Tarix Muzeyində” nümayiş etdirlməkdədir.

Allah rəhmət eləsin!
loading...
XƏBƏR LENTİ
17-07-2018, 13:10