17 iyn 18:07dunya

ABŞ-da sərgidə atışma oldu: 20 nəfər yaralandı

ABŞ-da sərgidə atışma oldu: 20 nəfər yaralandıBu gün ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində sərgidə atışma olub, bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Trentonian" qəzeti polisə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 3.00 radələrində 24 saat fəaliyyət göstərən gündəlik sərgidə baş verib. Polis atışma nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyib, yaralıların sayının isə dəqiqləşdirildiyini bildirib. Polis leytenantı Darren Zappli deyib ki, 6, yaxud 7 yaralı ola bilər.

AZƏRTAC isə RİA Novosti agentliyinə istinadla xəbər verir ki, atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Hadisə yerli vaxtla gecə saat 3 radələrində baş verib.

Atışmanın səbəbi məlum deyil. Sərgidə atış açdığı ehtimal olunan bir neçə şübhəli var. Hadisə zamanı sərgidə olan polislər cavab atəşi açıblar.

Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatının Trenton şəhərində yerləşən "Art All Night" sərgisində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 20 nəfər yaralanıb.

Merser rayonunun prokuroru Ancelo Onofri bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, həmçinin atışmada digər şübhəli şəxs tutulub.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10