17 iyn 09:52dunya

İtaliya limanlarını bütün miqrantlara bağladı

İtaliya limanlarını bütün miqrantlara bağladıİtaliya limanlarını Aralıq dənizində miqrantların xilası ilə məşğul olan qeyri-hökumət təşkilatlarının gəmiləri üçün bağlayacaq.

Axar.az xəbər verir ki, bu barədə İtaliya Daxili İşlər naziri Mateo Salvini öz Feysbuk səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, İtaliya bununla qeyri-qanuni miqrant axınına mane olmaq istəyir:

“Qoy, onlara bəlli olsun ki, İtaliya bundan sonra qanunsuz miqrasiyada iştirak etməyəcək. Belə təşkilatlar bunun ucbatından yeni limanlar axtaracaqlar, amma bu limanlar İtaliyada olmayacaq”.

Qeyd edək ki, İtaliya miqrantların Avropa Birliyi ərazisinə keçid üçün istifadə etdiyi əsas bölgədir. Ölkənin miqrantlarla bağlı kəskin siyasəti Şimal Liqası Partiyası və Beş Ulduz Hərəkatının hakimiyyətə gəlməsindən sonra başlayıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10