17 may 10:51dunya

ALDP türkmənlərin yanında olduğunu bəyan edib

ALDP türkmənlərin yanında olduğunu bəyan edibMayın 12-də İraqda keçirilən parlament seçkilərində Kərkük türkmənlərinə qarşı böyük haqsızlıq edilib. Seçkilərin nəticələri saxtalaşdırılıb. Türkmənlər hüquqlarının bərpası üçün seçkilərin nəticələrinə etiraz edərək, küçələrə çıxıb, öz haqlarını tələb ediblər.

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) olaraq türkmənlərə qarşı olan saxtakarlığı pisləyir və onların haqlı olan etiraz aksiyaları dəstəkləyir.
ALDP hesab edir ki, bütün Türk dünyası Kərkükda qan bir, can bir soydaşlarımıza qarşı edilən haqsızlığa göz yummamalı, İraq hakimiyyəti tərəfindən edilən saxtakarlığa etiraz bildirməli və türkmənlərə öz mənəvi dəstəyini bildirməlidir.

ALDP olaraq İraq hökümətinə müraciət edirik ki, İraqın bütövlüyü və dövlətçiliyi naminə türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanınsın.

ALDP bəyan edir ki, biz Kərkük türkmənilərinin yanındayıq və daim onlara dastək verməyə hazır olduğumuzu bildiririk.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24