17 may 03:39dunya

Türkmənlər 100 min imza topladılar - ETİRAZ - FOTOLAR

Türkmənlər 100 min imza topladılar - ETİRAZ - FOTOLARİraqın Kərkük şəhərindəki Türkmənlərin parlament seçkilərində saxtakarlıq olduğu iddiası ilə başlatdıqları etiraz nümayişləri davam edir.

Deputatlığa namizəd, Türkməneli Partiyasının sədri, Kərkük türkmənlərinin mənəvi lideri Riyaz Sarıkahyanın Seçki Qərargahından Avrasiya.net-ə verilən məlumata görə, artıq türkmənlər saxtakarlığa qarşı səfərbər olunublar. Belə ki, neçə gündür imza toplama kampaniyasına start verilib. Bütün günü fəaliyyət göstərən qərargaha gələn türkmənlər etiraz sənədini imzalayıblar. Son məlumata görə, artıq 100 min imza toplanıb və seçkiləri saxtalaşdıran İraq hakimiyyət dairələrinə göndərilib.

Xatırladaq ki, 12 may 2018-ci il tarixində İraq Parlamentinə keçirilən seçkilərdə 18 əyalətdən 328 nəfərlik millət vəkili yerinə Türkmən Cəbhəsindən onlarla türkman namizədlər də yer alıb. Ancaq seçki axşamı bəlli olub ki, Kürdüstan Yurdsevərlər Birliyi və bəzi Ərəb təşkilatları öz aralarında razılığa gələrək Türkmən Cəbhəsinin əleyhinə Kərkükdə, Süleymaniyədə, Ərbildə və türkmənlər yaşayan digər əyalətlərdə saxtakarlığa, hiyləyə əl atıblar. Burada əsas məqsəd Türkmən millət vəkillərinin İraq Parlamentində azlıqda qalması olub ki, bu da Türkman xalqının ciddi etirazı ilə nəticələnib.

Türkmənlər İraq hökumətinin Türkmən xalqına qarşı haqsızlığa son verilməsini tələb edirlər. Çünki İraq dövlətində ərəb və kürdlər qədər türkmənlər da söz sahibi olmalıdırlar.
Türkmənlər 100 min imza topladılar - ETİRAZ - FOTOLAR
Türkmənlər 100 min imza topladılar - ETİRAZ - FOTOLAR
Türkmənlər 100 min imza topladılar - ETİRAZ - FOTOLAR
Türkmənlər 100 min imza topladılar - ETİRAZ - FOTOLAR
loading...
XƏBƏR LENTİ