15 may 14:02dunya

Türkmənlərdən Türk dünyasına ÇAĞIRIŞ

Türkmənlərdən Türk dünyasına ÇAĞIRIŞİraqda keçirilkən parlament seçkilərinin saxtalaşdırılmasna etiraz olaraq Kərkükdə aksiyalar davam edir.

Avrasiya.net deputatlığa namizədliyini verən Türkməneli Partiyasının sədri, türkmənlərin mənəvi lideri Riyaz Sarikahyanın seçki qərargahı ilə əlaqə saxlayıb.

Qərargahdan bildirilib:

Bu anda hər kəsə məlumdur ki, İraqda türkmənlər soyqırımına məruz qalırlar. Əgər bu haqsızlıqlara müdaxilə edilməsi vəziyyət çox ağır olacaq. İraq dövlətinin parçalanmasına necə "xeyir" demişdiksə, bu haqsızlığa da "dur" deməliyik. Əgər bir hökumət, dövlət bu haqsızlığın qarşısının ala bilmirsə, ona etibar və inam da qalmayacaq.

Türkmənlər İraqın bütövlüyü və təhlükəsizliyi üçün əllərindən gələni ediblər. Bu vətəni, toirpağı canları, qanlarıyla qoruyublar. Amma əvəzində dövlətin bizə qarşı laqeyd münasibətini gördük. Son damla qanımızla biz ayaq üstə durmağı bacaracağıq. Bu oyunlar bizi qorxutmaz, yoz etməz. 1918-ci ildən bu oyunlara məruz qaldıq. Amma ayaqdayıq, dözdük, mübarizə apardıq. Əgər bir dövlət ki, bu haqsızlıqlara göz yumarsa, onun özü çökəcək.
Türkmənlərdən Türk dünyasına ÇAĞIRIŞ
Türkmənlərdən Türk dünyasına ÇAĞIRIŞ
Türkmənlərdən Türk dünyasına ÇAĞIRIŞ
loading...
XƏBƏR LENTİ