14 may 10:24dunya

İsrail narahatdır: Fələstinlilər böyük hücuma hazırlaşır

İsrail narahatdır: Fələstinlilər böyük hücuma hazırlaşırİsrail hökuməti minə yaxın xüsusi təyinatlı döyüşçünün Qəzza sərhəd zolağına və İordan çayının qərb sahilinə göndərilməsi barədə tapşırıq verib.

Axar.az xəbər verir ki, Təl-Əviv ABŞ səfirliyinin Qüdsə köçürülməsindən dolayı fələstinlilərin sözügedən ərazilərdə genişmiqyaslı etiraz aksiyalarına başlayacağından narahatdır.

Ordunun yaydığı məlumata görə, təhlükəsizliyi 3 quru qoşunları komandanlığı təmin edəcək: “HƏMAS-ın 14 və 15 may tarixlərində müxtəlif təxribatlarına qarşı ordu hazır vəziyyətə gətirilib”.

Qeyd edək ki, bu gün ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimi baş tutacaq.
loading...
XƏBƏR LENTİ