27 apr 10:19dunya

ABŞ və İsrail İrana qarşı birləşib - Mettis

ABŞ və İsrail İrana qarşı birləşib - MettisPrezidenti Reyqanın 1982-ci ildə dediyi kimi, ABŞ İsrail dövlətinə olan bağlılığından heç vaxt vaz keçməyib və bu bağlılıq hələ də sarsılmazdır.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis İsrailin Müdafiə naziri Aviqdor Libermanla görüş zamanı deyib.

ABŞ-la İsrail arasındakı hərbi əlaqələrin heç olmadığı qədər güclü olduğunu bildirən Mettis iki ölkə arasında əməkdaşlığın İrana qarşı Yaxın Şərqdə təhlükəsizlik və tərəqqini təmin edəcəyini söyləyib.

Liberman isə çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qüds açıqlamasına diqqət çəkib. Yəhudi nazir Trampın qərarını “tarixi” adlandırıb.
loading...
XƏBƏR LENTİ