26 apr 16:13dunya

“Azyaşlı qızlar hamilə qalırdı” — ŞOK AÇIQLAMA

“Azyaşlı qızlar hamilə qalırdı” — ŞOK AÇIQLAMAABŞ-ın "Washington Post” qəzeti bir müddət İŞİD-in paytaxtı Rakkada terror qruplaşmasının mamaçası kimi işləyən 66 yaşlı Samirə əl-Nasrdan müsahibə alıb. Nasr İŞİD-in iç üzündən danışıb.

Samirə bildirib ki, İŞİD terrorçuları öz ailələri və uşaqlarına da qarşı laqeyd davranırlar. Mamaça İŞİD terrorçuları ilə evlənən gənc qadınlar barədə məlumat verib: "Bir türk cütlük gəldi. Kişi İŞİD terrorçusu, qadın isə arvadı idi. Doğuşdan sonra uşağa hərbi geyim geyindirmək istədilər. Mən bunu gördüm və şok oldum. Uşağın cildinin həssas olduğunu söyləyərək onlara təkid etdim. Atası isə uşağın gələcəkdə İŞİD-ə qoşulacağını bildirdi.

Nasr terrorçuların etinasız və cani olduqlarını bildirib: "3 il ərzində taksi ilə İŞİD terrorçularının evinə getdim. Bir çoxu xarici idi və bu etdiklərimdən qürur duymuram. Qadınlara dərman və ağrıkəsici vermək qadağan edilmişdi. Qadınlar saatlarla sancı çəkərək uşaq dünyaya gətirirdilər. Rakkada normal doğuşlardan 20, qeysəriyyə əməliyyatından isə 50 dollar alırdım. Terrorçuların arvadları əsasən uşaq yaşda olurdu və fərqli ölkələrdən gəlirdi.

Tunis, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Somali, Mərakeş, İrlandiya, Fransa, Almaniya, Rusiya, Türkiyə və bilmədiyim bir çox ölkədən hamilə qadın gördüm. Suriyadan gələn hamilələrin çoxu uşaq yaşlarında idi. Ən böyüyünün 15, ən kiçiyinin 13 yaşı var idi”."Ölkə.Az”
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24