26 apr 12:03dunya

Cavad Derəxti: Diasporamız param-parça olub

Cavad Derəxti: Diasporamız param-parça olubTəəssüflər olsun ki, son illərdə diasporamız param-parça olub. Bu diasporanı bir araya toplamaq hazırda bir az çətin görünür.

Bunu Avrasiya.net-ə aşıqlamasında Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Dünya Azərbaycanlıları Konqresinin sabiq sədri, Dünya Azərbaycanlılarının Milli Birliyi təşkilatının rəhbəri, Güney Azərbaycan əsilli soydaşımız Cavad Derəxti bildirib.

Onun fikrincə, diasporamızın bu günə düşməsində həm komitə, həm də özümüz günahkarıq: “Diasporamız 50 milyonluq Azərbaycanı təmsil edir. Onun hakimiyyəti müxalifəti, quzeylisi, güneylisi olmaz: "Təssüflər olsun ki, son illərdə diasporamız param-parça olub. Bu diasporanı bir araya toplamaq hazırda bir az çətin görünür. Quzeyli qardaşlarımızın bir bölumu komitə ilə əməkdaşlıq edənlərə iqtidar yanlışı adlandiraraq onları özlərinə müxalif kimi görurlər ki, bu da diaspora birliyinə böyuk zərər verir. Komite ise Guneyden olanların bir çoxuna iranlı kimi baxır və onlar ilə əməkdaşlıq etmir. Halbuki Amerika və Avropada olan əksəriyyət bu kəsimdir ki, uzun illərdir özlərinə veten ediblər. Bunlarıin bir çoxu yaşadıqları ölkələrdə böyük nailiyyətlər əlde ediblər. Təəssüf ki, Azərbaycanın bunlardan çox az xəbeəi var".
C. Derəxti onu da vurğuladı ki, Azərbaycan diasporası təkcə Avropada yox, elə qonşu ölkələrdə də parçalanıb: "Mən Rusiyaya ara-sıra gedib-gəlirəm. Gürcüstana da yenicə getmişdim. Orada vəziyyət Avropadan da pisdir. Bunuda deyim ki, hər şeyi komitədən gözləmək lazım deyil. Bizim xaricdə elə ağasaqqallarımız var ki, əgər onları qabağa versək bir cox problemlər öz həllini tapar".

C.Derəxti onu da bildirib ki, sabiq sədr Nazim İbrahimovdan heç bir pislik görməyib. Həmişə onun fəaliyyətini dəyərləndirib: “Mən diaspora telveziyayı açdım. Yaxşı da fəaliyyət göstərirdi. Komitə bizə 60 min avro kömək etmək istədi. Maliyyə Nazirliyi qarşısını aldı. Başqa birindən yardım aldım. Azerspace-dən yayımlanırdıq. Bizə xəbər vermədən yayımı dayandırdılar. Buna komitə neyləsin, problem özümüzdə axtarmalıyıq”.

C.Derəxtindən yeni sədrdən gözləntilərini soruşduq: “Halva, halva deməklə agız şirin olmur. Fuad bəy bütün əskikləri bilməlidir. Ona görə də Fuad bəy diaspor fəallarına, cəmiyyət sədrlərinin hamısına doğma kimi yanaşmalıdır. Mən özum yaxında Bakıya gedəcəyəm. Əgər Fuad bəyin qəbuluna düşsəm, bu incə məsələləri onunla paylaşascağam. Bunu da deyim ki, bundan illər öncə cənab prezidentə bir məktub ünvanladım və prezidentdən görüş istədim. Hər vaxt sordum ki, görüş nə vaxt olacaq. Dedilər nəzarətdədir. Əger o vaxt mən prezidentlə görüşüb diaspora məsələlərimizi ona bildirsəydim vəziyyətimiz bu gün bu yerə gəlməzdi. Yenə də gec deyil. Balığı nə zaman sudan tutsan təzədir”.

Xatırladaq ki, deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Sabiq sədr Nazim İbrahimov isə öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyindən işdən çıxarılıb.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
loading...
XƏBƏR LENTİ