13 mar 15:47dunya

Rəhim Sulduzlu:”Milli dəyərlərimizi qorumaq borcumuzdur”

Rəhim Sulduzlu:”Milli dəyərlərimizi qorumaq borcumuzdur”İsveçrə-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə İsveçrənin St. Gallen şəhərində Novruz bayramı keçiriləcək.

Bu barədə məlumatı cəmiyyətin sədri Rəhim Sulduzlu verib.

“Novruz xalqımızın qədim bayramıdır. Məqsədimiz xalqımızın keçmişini,adət-ənənələrini İsveçrədə yaşatmaqdır. Milli dəyərlərimizi qorumaq borcumuzdur. Dəyərlərimizi övladlarımıza da ötürməliyik.
Tədbir konsert proqramları ilə davam edəcək. Azərbaycandan Məleykə Muradlı, Türkiyədən isə tanınmış müğənni Aydın Kurtoğlu öz ifaları ilə iştirakçıları sevindirəcəklər”.

Bayram şənliyi 24 mart 2018-ci il tarixində baş tutacaq.

Elnur Eltürk
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40