22 fev 13:53dunya

İraqda ata-anası İŞİD-a qoşulan 15 azərbaycanlı uşaq var

İraqda ata-anası İŞİD-a qoşulan 15 azərbaycanlı uşaq varRusiya nümayəndəsi onların maksimum 8 yaşında olduğunu deyir.

İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var. Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.

Onun sözlərinə görə, İŞİD terrorçularına qoşulanlar gələcəklərini düşünmədən özləri ilə övladlarını da aparıblar.

Sabsabi deyib ki, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var:"Söhbət yalnız uşaqlardan gedir. Onalrın ən böyüyünün 7-8 yaşı var. Biz hansısa yolla kömək etməyə çalışırıq. Ancaq onların valideynlərindən heç olmasa birinin Rusiya vətndaşı olduğunu təsdiqləyən hər hansı sənəd olmadığı halda heç nə edə bilmirik. Bu acı da olsa faktdır".
loading...
XƏBƏR LENTİ